Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2016-cı ilin ən yaxşı hakimlərinin siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, təşkilatın 56 ölkədən olan jurnalistlər və mütəxəssislər arasında 30-cu dəfə keçirdiyi sorğunun nəticələrinə görə, ilin ən yaxşı hakimi Mark Klattenburq olub. Bu il həm Çempionlar Liqasının, həm də Avropa çempionatının finalını idarə referi 141 xal toplayıb. İngilis hakim karyerasında ilk dəfə bu mükafata layiq görülüb.
2014 və 2015-ci illərdəki sorğunun qalibi olmuş italyan Nikola Rizzoli 65 xalla 2-ci, 2011-ci ildə dünyanın ən yaxşı hakimi seçiləe macar Viktor Kassai 55 xalla 3-cü yeri tutub.
Türk referi Cüneyt Çakır 5-ci olub. O, 28 xal toplayıb. O, holland Byorn Kuiperslə eyni xalı toplayıb.
2016-cı ilin ən yaxşı 10 hakimi:
1. Mark Klattenburq (İngiltərə) - 141 xal
2. Nikola Rizzoli (İtaliya) - 65 xal
3. Viktor Kassai (Macarıstan) - 55 xal
4. Yonas Eriksson (İsveç) - 43 xal
5. Cüneyt Çakır (Türkiyə) - 28 xal
6. Byorn Kuipers (Hollandiya) - 28 xal
7. Feliks Brix (Almaniya) - 26 xal
8. Martin Atkinson (İngiltərə) - 20 xal
9. Damir Skomina (Sloveniya) - 19 xal
10. Nestor Pitana (Argentina) -14 xal
Fanat.Az