İlham Zəkiyev postunda qaldı

İlham Zəkiyev postunda qaldı

Azərbaycan Milli Paralimpiya Komitəsininin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, toplantıda qurumun strukturunun optimallaşdırılması, rəhbər aparatının işçilərinin sayının azaldılması, maddi resusrlarının qənaət edilməsi və təşkilatın nizamnaməsinin Beynəlxalq Paralimpiya Komitəsinin nizamnaməsinə uyğunlaşdırılması məqsədilə vitse-prezident sayının bir nəfər olaraq müəyyən edilməsi və baş katib vəzifəsinin ləğv olunması məqsədəuyğun hesab olunub.

Beləliklə, komitənin iki vitse-prezidentindən biri - Yaşar Hacıyev vəzifəsini itirib. İkiqat paralimpiya çempionu İlham Zəkiyev isə postunda qalıb. 

Hacıyevin və 2017-ci ildən komitənin baş katibi olan Kamal Məmmədovun bundan sonra qurumda hansı vəzifəni tutacağı hələlik məlum deyil.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər