Mauro İkardi və həyat yoldaşı Vanda Nara həbs oluna bilər.
Fanat.Az "Match" saytına istinadən xəbər verir ki, cütlük "qara bazar"da çirkli pulların yuyulmasında ittiham olunur.
Argentina məhkəməsində Mauro və Vandanın çirkli pulların yuyulması, struktur zorakılığı və korrupsiyada ittihamı ilə iddia qaldırılıb.
Onların "Work Marketing Football SRL" şirkətinin şəffaf vergidən yayındığı bildirilir.
İddiaçı əmin edir ki, şirkət İkardinin qazandığı pulları yumaq üçün yaradılıb və beynəlxalq vergidən yayınmaq üçün müqavilələr xaricində "qara bazar" vasitəsilə geri alınıb.
Eyni firmanın vasitəsilə Vanda brendlərinin reklamından və geyim-gözəllik məhsullarının istehsalından əldə olunan gəlirlər də yönləndirilib.
Bundan əlavə, korrupsiya sxemlərindən istifadə edilib. Bu səbəbdən də iddiaçı təsvir edilən cinayətlərin ciddiliyini nəzərə alaraq cütlüyün həbsini qətiyyətlə tələb edir.
Qeyd edək ki, Argentinanın aidiyyatı orqanları məsələ üzrə araşdırmaya başlayıblar.
Emin