İdmançıların formasını oğurlayan baş katib tutuldu - MOK buraxıldı

İdmançıların formasını oğurlayan baş katib tutuldu - MOK buraxıldı

Keniya Milli Olimpiya Komitəsinin baş katibi Frensis Pol Rio-de-Janeyro Olimpiadasındakı maxinasiyadan sonra tutulub. İdman naziri Hasan Vario ölkənin Milli Olimpiya Komitəsinin buraxıldığını elan edib.

Məlumatda qeyd edilir ki, Pol Olimpiadada Keniya nümayəndə heyətinin fəaliyyətinin təşkili ilə bağlı problemə görə saxlanılıb. Bundan əlavə, həbs Keniya idmançılarının dəst formalarını qanunsuz mənimsəmə üzrə işin araşdırılması ilə bağlıdır.

“Bəli, bu həqiqətdir. Frensis Olimpiadadkı maxinasiyaya görə həbs olunub”, - hüquq-mühafizə orqanlarındakı mənbə təsdiqləyib.

Keniyalılar Rio-de-Janeyro Olimpiadasında 6-sı qızıl olmaqla 13 medal qazanıblar.(modern.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər