İdman Jurnalistlərinin Respublika Toplantısı keçiriləcək

İdman Jurnalistlərinin Respublika Toplantısı keçiriləcək
Fevralın 20-də "Bulvar” otelində Azərbaycan İdman Jurnalistlərinin Respublika Toplantısı təşkil ediləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı ilə gerçəkləşəcək mərasim saat 10:00-da başlanacaq.
Dəyirmi masa formatında keçiriləcək tədbirə ölkənin idman mediasının nümayəndələri, idman qurumlarının mətbuat katibləri və veteran jurnalistlər dəvət olunacaqlar. Toplantıda idman mediası üçün aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, rəy və təkliflər dinləniləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər