Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov eyniadlı futbol klubunun rəhbərliyi ilə görüş keçirib.
Fanat.Az xəbər verir ki, görüşdə İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, "Şəmkir" klubununfəxri prezidenti Fərid Hüseynov, klubun prezidenti Elvin Səfərli və baş məşqçi Əli Məmmədov iştirak edib.
Klubun gələcək planları və nəzərdə tutulan işlər barədə geniş məlumat verən Elvin Səfərli növbəti mövsümdə "Şəmkir"in qarşısında duran məqsədlər haqda danışıb.
Sonda çıxış edən Alimpaşa Məmmədov Şəmkir rayonunda idmanın bütün sahələri kimi futbolun da inkişaf etdirilməsi və bu idman növünə olan marağın artırılması istiqamətində tapşırıq və tövsiyyələrini verib.
Fanat.Az