İbrahimoviçin yerinə 70 milyonluq dünya ulduzu

İbrahimoviçin yerinə 70 milyonluq dünya ulduzu
Zlatan İbrahimoviçlə yollarını ayırmağa hazırlaşan PSJ onun boşluğunu fransız ulduzla doldurmaq istəyir. Fanat.az xəbər verir ki, Paris klubu Antoine Qriezmanna elçi düşüb.
Artıq PSJ-nin "Atletiko"ya verəcəyi təklif də hazırdı. Fransa mətbuatının məlumatına görə, Fransa klubu bu transfer üçün ispanlara 70 milyon avro təklif edəcək.
Qeyd edək ki, Antoine Qriezmann 2014-cü ildə "Real Sosyedad"dan "Atletiko"ya 30 milyon avroya keçib. Hazırda "Transfermarkt" ona 60 milyon avro qiymət qoyub. Cari mövsümdə PSJ-nin heyətində 53 rəsmi oyuna çıxan 25 yaşlı forvad 32 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər