İbrahimoviçin yeni klubu açıqlandı

İbrahimoviçin yeni klubu açıqlandı

Zlatan İbrahimoviç "Mançester Yunayted"dən ayrılır. Fanat.Az "Marka"ya istinadən xəbər verir ki, isveçli ulduz ABŞ-a köçür.

İddiaya görə, İbrahimoviç artıq "Los Anceles Qalaksi" ilə anlaşıb. Bildirilir ki, futbolçu yaxın günlərdə Kaliforniyaya gedərək müalicəsini davam etdirəcək və mart ayında başlayacaq MLS-ə qədər hazır olacaq. 

Qeyd edək ki, İbrahimoviç bir müddət əvvəl verdiyi açıqlamaların birində ABŞ-da oynaya biləcəyini etiraf etmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər