PSJ-dən ayrılmağa hazırlaşan Zlatan İbrahimoviçin oynamaq istədiyi klub müəyyənləşib. Fanat.az xəbər verir ki, isveçli forvardın "Mançester Yunayted" forması geyinməyi arzuladığı deyilir.
Qeyd edək ki, İbrahimoviçin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatır və onun komandanı tərk edəcəyi artıq dəqiqləşib. İsveç millisinin üzvü indiyədək bir neçə dəfə İngiltərədə oynamaq istədiyini dilə gətirib.
O, karyerası ərzində İsveç (Malmö), Hollandiya (Ayaks), İtaliya (İnter, Yuventus, Milan), İspaniya (Barselona) və Fransa (PSJ) çempionatlarında oynayıb.
Fanat.az