“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç İngiltərə Premyer Liqasının “Vest Bromviç”ə qarşı oyununda (2:0) dubl edib.
Qol.az-ın xəbərinə görə, bununla da o, 2016-cı ildə İsveç millisi, PSJ və MY-də vurduğu qolların ümumi sayını 48-ə çatdırıb.
Bu, Zlatanın futbolçu karyerası ərzində ikinci ən yaxşı göstəricidir. Bundan əvvəl İbrahimoviç yalnız 2012-ci ildə 50 qol vura bilmişdi.
Fanat.Az