İbrahimoviç Avropada qalır

İbrahimoviç Avropada qalır

ABŞ-ın "Los Anceles Qalaksi" klubuna keçəcəyi deyilən Zlatan İbrahimoviç Avropada qala bilər. Fanat.Az xəbər verir ki, isveçli ulduzun "Yuventus"a keçmək ehtimalı var.

İddialara görə, "Mançester Yunayted"dən ayrılan futbolçunun meneceri Mino Raiola Turin klubunun rəsmiləri ilə görüşərək müzakirələr aparıb. İtaliya klubu Zlatana illik 6,5milyon avro maaş təklif edib. İbrahimoviçin özünün də keçmiş klubuna döməyə müsbət yanaşdığı deyilir.

Qeyd edək ki, İbrahimoviç 2004-2006-cı illərdə"Yuventus"da çıxış edib. Turin klubu onu "Ayaks"dan 16 milyon avroya alaraq "İnter"ə 24,8 milyon avroya satıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər