I divizionda XIX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
"Ağsu" evdə "Energetik"i 3:0, "Şahdağ" "Bakı"nı 2:1, "Şəmkir" "Göyəzən"i 1:0 hesabı ilə yenib. "Turan Tovuz" - "Mil-Muğan" oyununda hesab açılmayıb.
Tura bu gün keçirilən 3 oyunla yekun vurulub. Son çempion və tura lider kimi başlayan "Neftçala" səfərdə MOİK-ə yenilib - 0:2. Bu şansdan yararlanan "Qaradağ Lökbatan" "Şarurspor"u 3:2 hesabı ilə udaraq liderliyi ələ alıb. Günün digər oyununda "Zaqatala" "Bakılı"nı məğlub edib 3:1.
I divizion
2015/16 mövsümü
II dövrə, XVX tur
24 mart
Ağsu - Energetik 3:0
Qollar: Elnur Səmədov, 24; 62. Elmixan Məmmədov, 66.
Şəmkir - Göyəzən 1:0
Qol: Cəlal Cəlalzadə, 77 (avtoqol).
Turan Tovuz - Mil-Muğan 0:0
Şahdağ - Bakı 2:1
Qollar: David Çaçkunaşvili, 35. Sərxan Ağayev, 57 - Nicat Süleymanov, 76.
25 mart
MOİK - Neftçala 2:0
Qollar: Röyal Nəcəfov, 19. Bayram Kərimov, 85.
Qaradağ Lökbatan - Şərurspor 3:2
Qollar: Emin Mustafayev, 51. Raul Yaqubzadə, 52. Cavid Muxtarzadə, 70 - Adil Yusifov, 32; 34.
Zaqatala - Bakılı 3:1
Qollar: Oruc Balaşlı, 10. Arzuman Nəsibov, 28. Elnur Soltanlı, 46 - Asif Zeynalov, 90.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qaradağ L | 19 | 14 | 3 | 2 | 48:20 | 45 | |
| 2 | Neftçala | 19 | 14 | 2 | 3 | 49:13 | 44 | |
| 3 | Ağsu | 19 | 10 | 6 | 3 | 34:16 | 36 | |
| 4 | Şəmkir | 19 | 9 | 7 | 3 | 25:15 | 34 | |
| 5 | MOİK | 19 | 9 | 3 | 7 | 32:20 | 30 | |
| 6 | Zaqatala | 19 | 8 | 6 | 5 | 33:21 | 30 | |
| 7 | Mil-Muğan | 19 | 6 | 7 | 6 | 22:18 | 25 | |
| 8 | Bakılı | 19 | 7 | 4 | 8 | 25:30 | 25 | |
| 9 | Turan T | 19 | 6 | 5 | 8 | 24:22 | 23 | |
| 10 | Şərurspor | 19 | 6 | 3 | 10 | 33:29 | 31 | |
| 11 | Şahdağ | 19 | 5 | 6 | 8 | 23:34 | 21 | |
| 12 | Bakı | 19 | 6 | 2 | 11 | 20:34 | 11 | |
| 13 | Göyəzən | 19 | 2 | 3 | 14 | 11:36 | 9 | |
| 14 | Energetik | 19 | 1 | 3 | 15 | 7:78 | 6 | |
| Bombardirlər | Röyal Nəcəfov (MOİK) - 16. David Canelidze (Neftçala), Rəhman Musayev (Şərurspor), Oruc Balaşlı (Zaqatala) - 12. Əli Bağırov (Ağsu), Ramil Həşimzadə (Bakılı), Aqşin Həşimov (Neftçala), Rüfət Məmmədov (Qaradağ L.), Cavid Muxtarzadə (Qaradağ L.) - 10. | |||||||
| Qeyd: | FIFA-nın İntizam Komitəsinin qərarına əsasən “Bakı”nın 9 xalı silinib. | |||||||
Fanat.az