"I divizionda 2016/17 mövsümü sentyabrın 15-də başlayacaq". Fanat.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Qurum rəsmisi Premyer Liqanın püşkatma mərasimindən sonra jurnalistlərin suallarını bildirib. Musayev I divizionda 12 komandanın çıxış edəcəyinin deyib: "Hazırda 12 komanda var. Çempionata o komandalar buraxılacaq ki, 200-250 min manat bank təminatı olsun. Bura gəlməmişdən qabaq mənə “Şəmkir” klubundan zəng olundu. Bildirdilər ki, I divizionda iştirak edəcəklər. Dəfələrlə “Neftçala” rəhbərliyi ilə söhbət etdim, amma lisenziya ala bilmədilər. Özləri almadı".
Fanat.az