Hüseynovsuz məğlubiyyət

Hüseynovsuz məğlubiyyət

Bolqarıstanın “Arda” komandası yeni mövsümünə hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası Sofiya “Lokomotiv”i ilə üz-üzə gəlib.

Altı qolun qeydə alındığı qarşılaşma “Arda”nın məğlubiyyəti ilə bitib - 2:4.

Cəlal Hüseynov bu görüşün iştirakçısı olmayıb. Məşqçilər korpusu əvvəlki sınaq matçlarında start heyətdə meydana buraxdıqları müdafiəçiyə bu dəfə istirahət veriblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər