"Qaradağ Lökbatan"ın qapıçısı Ravil Məhəmmədov komandanı tərk edib. Fanat.az xəbər verir ki, 20 yaşlı qapıçı karyerasını bölgə klubunda davam etdirəcək.
Belə ki, U-17 millimizin formasını geyinmiş qolkiper "Şəmkir"ə keçib. Onunla bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ravil Məhəmmədov milli komandamızın sabiq qapıçısı Hüseyn Məhəmmədovun oğludu.
Fanat.az