"Fənərbaxça" Qriqori van der Vieli heyətinə qatır. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Birja üçün yayımlanan açıqlamada klubun futbolçu ilə danışıqlara başladığı bildirilir. Türk klubları bu tip açıqlamalır əsasən transfer yekunlaşandan sonra yayır.
Türkiyə mətbuatının məlumatına görə, holland futbolçu bazar ertəsi İstanbula gələrək rəsmi müqaviləni imzalayacaq. Onun PSJ ilə müqaviləsi başa çatdığından "Fənərbaxça" transfer haqqı ödəməyəcək. Futbolçunun maaşına gəlincə, ona illik 2,2 milyon avro məvacib və əlavə olaraq matçbaşı veriləcək.
Qeyd edək ki, Qriqori van der Viel 2012-ci ildə "Aykas"dan PSJ-yə 6 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" Hollandiya yığmasında 45 oyun keçirmiş futbolçuya 7,5 milyon avro qiymət qoyub. 28 yaşlı müdafiəçi ötən mövsüm PSJ-də 27 rəsmi oyuna çıxıb və 2 qol vurub.
Fanat.az