Holanddan "milyonluq" qol - VİDEO

Holanddan "milyonluq" qol - VİDEO

"Borussiya Dortmund"un hücumçusu Erlinq Holandın (Erling Haaland) növbəti qolunun videosu  Almaniya Bundesliqasının "Twitter" səhifəsində 1,8 milyondan çox baxış sayı toplayıb.

Fanat.Az xəbər verir ki, norveçli hücumçu Bundesliqanın 5-ci turunda "Berlin Union"la matçda (4:2) dubla imza atıb.

Oyunun 83-cü dəqiqəsində 21 yaşlı futbolçu müdafiənin dərinliyindən gələn topu bir toxunuşla qapıçının başı üzərindən ataraq qapıdan keçirib.

Həmin baxımlı qolun videogörüntüsünü təqdim edirik:

 

Xatırladaq ki, 5 turdan sonra "Borussiya Dortmund" klubu 12 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər