"Hiss edirəm ki, Almaniyadakı məğlubiyyətin əvəzini çıxacaqlar" - Yunis Hüseynov

"Hiss edirəm ki, Almaniyadakı məğlubiyyətin əvəzini çıxacaqlar" - Yunis Hüseynov

UEFA Avropa Liqasında H qrupunda yer alan "Qarabağ" noyabrın 9-da Almaniyanın "Bayer Leverkuzen" komandasını qəbul edəcək. 

Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış futbol mütəxəssisi Yunis Hüseynovla əlaqə saxlayıb təmsilçimizin qrupdakı dördüncü oyunu barədə nə düşündüyünü soruşduq 

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Qarabağ" uğurlar arzulayıram. Əlbəttə ki, ürəyimizdən keçir ki, komandamız qələbə qazansın, amma "böyük beşlik"də olan liqanın liderinə qarşı oyunayırıq. Reallığa baxsaq, çox çətin olacaq. İnanmıram ki, Bakıdakı oyunda böyük hesablı nəticə olsun. "Qarabağ" həmişə "Tofiq Bəhramov"da özünü yaxşı tərəfdən göstərib. Rəqibin kimliyindən asılı olmayaraq həmişə yaxşı nəticələr qazanıb. Bakıdakı oyun tam başqa cür keçəcək. Məncə, "Qarabağ" öz meydanında xal da qazana bilər. Hiss edirəm ki, oyunçular Almaniyada məğlubiyyətin əvəzini öz oyunları ilə çıxacaqlar".

Qeyd edək ki, "Qarabağ" Leverkuzendəki "Bay Arena"da baş tutan ilk oyunda bu rəqibinə 1:5 hesabı ilə uduzub. 

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər