Hicabsız yarışan iranlı yoxa çıxdı - VİDEO

Hicabsız yarışan iranlı yoxa çıxdı - VİDEO

Bazar günü Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Asiya Dırmanma Çempionatında hicabsız yarışan iranlı alpinist Elnaz Rekabi yoxa çıxıb.

Fanat.Az xəbər verir ki, məlumatı "IranWire" yayıb.  

Mənbə onun İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri tərəfindən həbs olunaraq İranın Seuldakı səfirliyinə aparıldığını iddia edib. Xanım idmançı girov kimi qardaşı Davudun həbs olunacağı ilə hədələnib. Bundan sonra o, pasportunu və mobil telefonunu təhvil verərək təslim olub. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər