"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

Bu gün cari mövsümün sonunda Dortmund "Borussiya"sından gedəcəyi klub tərəfindən rəsmən açıqlanan yarımmüdafiəçi Marko Roys məsələyə münasibət bildirib.

Fanat.Az-ın məlumatına görə, 34 yaşlı kapitan fikirlərini "arılar"ın rəsmi saytına bölüşüb: 

"Klubum "Borussiya Dortmund"da keçirdiyim bu xüsusi vaxt üçün inanılmaz dərəcədə minnətdaram və bununla fəxr edirəm. Mən həyatımın yarıdan çoxunu bu klubda keçirdim. Hər gündən həzz alırdım. Təbii, çətin anlar da olub... İndi artıq bilirəm ki, vidalaşmaq mənim üçün çətin olacaq. Bununla belə, şadam ki, indi hər şey yoluna qoyuldu və biz bütün diqqətimizi hələ oynamalı olduğumuz çox vacib matçlara cəmləyə bilərik. Hamımızın birlikdə nail olmaq istədiyimiz böyük bir məqsədimiz var. Bunu etmək üçün inanılmaz azarkeşlərimizin hər birinə ehtiyacımız olacaq. Onlara illər ərzində göstərdikləri inanılmaz dəstəyə görə səmimi təşəkkürümü bildirmək istəyirəm".

Xatırladaq ki, Roys 2012-ci ildən "Borussiya"nın formasını geyinir. Bu müddət ərzində "arılar"ın sıralarında 424 oyuna çıxan Marko 168 qol və 128 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər