"Həyatımda ilk dəfə deməliyəm ki, Ronaldu..." - Peter Şmeyxel

"Həyatımda ilk dəfə deməliyəm ki, Ronaldu..." - Peter Şmeyxel

"Mançester Yunayted"in sabiq qapıçısı Peter Şmeyxel İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən matçda - "qırmızı şeytanlar"ın "Tottenhem"i 2:0 hesabı ilə yendiyi qarşılaşmada Kriştianu Ronaldunun davranışına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, o, oyun bitməmiş ehtiyat oyunçular skamyasını tərk edən superulduz barədə belə danışıb:

"Həyatımda ilk dəfə deməliyəm ki, Ronaldunun hərəkətinə bəraət yoxdur. Adətən onun emosianal davranışlarını anlamışam. Ancaq bu dəfə haqq qazandıra bilmərəm. Komanda keçid dönəmindədir. Belə bir vaxtda onun etdiyinə nə ad verəsən?"

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər