"Hər şey öz əlimizdədir" - Pep Qvardiola

"Hər şey öz əlimizdədir" - Pep Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 34-cü turunda "Tottenhem" üzərində qazandıqları qələbədən (2:0) sonra çempionluq şanslarını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb:

"Son oyunda hər şey öz əlimizdədir. Bu, ən çətinidir. İllər öncə Serxio Aquero "Kuinz Park Reyncers"də 90+4-cü dəqiqədə qol vurmuşdu... Bu oyun da elə olacaq".

Qeyd edək ki, 37 tura 88 xal toplayan "şəhərlilər" İPL-in turnir cədvəlinin zirvəsində qərarlaşıblar. MS ən yaxın təqibçisi "Arsenal"ı 2 xal qabaqlayır. Son turda "Mançester Siti" "Vest Hem"i, "topçular" "Everton"u qəbul edəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər