"Hər oyuna final kimi baxacağıq" - Murad Musayev

"Hər oyuna final kimi baxacağıq" - Murad Musayev

"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, 39 yaşlı mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri görüşü belə dəyərləndirib: 

"Komandalar bir-birinə güzəştə getmək istəmirdi. Çox parlaq oyun alındı. Biz bu gün komanda olduğumuzu göstərdik. Avrokubok şansları barədə danışmaq istəmirəm. Artıq hər oyuna final kimi baxacağıq. Hazırda öz məşqlərimizə köklənməliyik. Məqsədimiz daha yaxşı komanda olmaqdır. Başqa heç nə haqqında düşünmürük".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər