"Həm normal, həm də anormal vəziyyətdir" - Aleksey Baqa

"Həm normal, həm də anormal vəziyyətdir" - Aleksey Baqa

“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində "Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Yenə də qol fürsətlərdən istifadə etməkdə çətinlik yaşadıq. Düzdür, nəticələr kifayət qədər mənfidir, amma mövsüm davam edir. Öz üzərimizdə işləyəcək, qol vurmaqla bağlı problemi aradan qaldıracağıq. İnanıram ki, oyundan-oyuna daha yaxşı çıxış edəcəyik. Futbolda qara zolaq olur. Bu, həm normal, həm də anormal vəziyyətdir".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər