"Hələ bunu açıqlamağa hazır deyiləm" - Fransız forvard

"Hələ bunu açıqlamağa hazır deyiləm" - Fransız forvard

"Milan"ın hücumçusu Olivye Jiru karyerasını başa vura biləcəyi haqda danışıb.

Fanat.Az xəbər verir ki, "Le Parisien" fransız forvardın dediklərini belə təqdim edib:

“Özümə heç bir məhdudiyyət qoymuram. Bəli, bu, mənim son dünya çempionatım ola bilər, amma hələ heç nə açıqlamağa hazır deyiləm. Bədənim bundan tamamilə imtina edənə qədər oynayacağam.

Artıq 11 ildir ki, Fransa millisinin üzvüyəm. Lakin oyuna olan həvəsim məni daim daha çox şey etməyə sövq edir. Qələbələrə, kuboklara can atıram. Bu, əsl futbol xoşbəxtliyidir”.

Qeyd edək ki, “Milan” Jiruya yeni müqavilə təklif etməyə hazırlaşır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər