Həftədə 300 min qazanacaq

Həftədə 300 min qazanacaq
"Mançester Yunayted" Markus Raşfordla müqavilə yenilədiyini açıqlayıb. 
 
Fanat.Az xəbər verir ki, Raşfordun yeni sazişi 2022/23 mövsümünün sonuna kimi nəzərdə tutulub. Müqavilə sonradan əlavə bir il müddətinə uzadıla da bilər.
21 yaşlı forvardın həftəlik 300 mint funt məvacib alacağı bildirilir.
Ötən mövsüm Premyer Liqada 33 matçda meydana çıxan Markus Raşford 10 qol, 7 məhsuldar ötürmə ilə yadda qalmışdı.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər