"Hansı səbəbdən sarı vərəqə verildiyini bilmədik" - Elmar Baxşıyev

"Hansı səbəbdən sarı vərəqə verildiyini bilmədik" - Elmar Baxşıyev

"Mükafatçılar sırasında olub-olmayacağımızı indidən deyə bilmərəm. Amma onu deyə bilərəm ki, ruhdan düşməmişik və iddiamızı davam etdirəcəyik".

Fanat.Az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Baxşıyev səfərdə "Sabah"a 0:3 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.

"Oyuna yaxşı başladıq. Çoxsaylı qol epizodlarına girdik. Sadəcə, dəyərləndirə bilmədik. Futbolun "vurmayana vurarlar" qanunu var. Rəqib də təzyiq edirdi. Aparıcı futbolçumuz Ruan Renatonun olmaması da öz sözünü dedi. Toparlanacağımızı düşünürəm.

Futbolun gözəlliyi ondadır ki, epizodları daha yaxşı dəyərləndirən komanda qalib gəlir. Təəssüf ki, biz bunu edə bilmədik. Rəqib isə şanslardan maksimum yararlandı".

Baş məşqçi transfer işlərinin yekunlaşdığını bildirib: "Yeni transferlərlə bağlı yeni planımız yoxdur. İnanıram ki, bu heyətlə də davam edə bilərik".

Baxşıyev çox vaxt əvəzetmədən meydana daxil olan Ülvi İskəndərliyə güvəndiklərini vurğulayıb: "Bəzən start heyətində də meydana çıxacaq. Ondan maksimum istifadə etməyə çalışacağıq".

Mütəxəssis hakimlərin idarəçiliyinə də toxunub: "Onlara qiymət verən qurum var. İnanıram ki, oyuna baxacaq və lazımi qiyməti verəcəklər. Köməkçimə hansı səbəbdən sarı vərəqə verildiyini bilmədik. Ümumi oyunun idarəçiliyi normal idi".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər