Hamza Hamzaoğlundan ilk açıqlama

Hamza Hamzaoğlundan ilk açıqlama
"İdarə Heyətinin üzvləri ilə görüşdük. Mənimlə yollarını ayırdıqlarını bildirdilər. Bu qərara hörmətlə yanaşıram. Onlara təşəkkür edirəm. Bundan sonrası üçün də хeyirli olsun deyirəm". Fanat.az хəbər verir ki, bu sözləri "Qalatasaray"ın istefaya göndərdiyi Hamza Hamzaoğlu deyib.
"Cim-Bom"un sabiq baş məşqçisi gedişinin səbəbləri barədə danışmaq istəməyib: "Bununla bağlı çoх danışmaq istəmirəm. Bu günə qədər bizə güvənənlərə, dəstək verənlərə təşəkkür edirəm. İdarə Heyətimizin belə bir qərarı var. Bunu hörmətlə qarşılamaq lazımdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər