Halk buna görə 12 oyunluq cəzalandırıla bilər

Halk buna görə 12 oyunluq cəzalandırıla bilər

"Atletiko Mineyro"nun yarımmüdafiəçisi Halk Braziliya çempionatının 3-cü turunun "Koritiba" ilə görüşündə (2:2) baş verən insident səbəbindən 12 oyunluq cəzalandırıla bilər.

Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Xatırladaq ki, Halk "Koritiba"nın futbolçusu ilə mübarizədə top əvəzinə rəqibin ayaqları arasına zərbə endirdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb.

Xəbərə görə, idman məhkəməsi hadisəyə mayın 18-də, Rio-de-Janeyroda baxacaq. Məhkəmə onun davranışını fiziki təcavüz kimi tanısa, Halk 4-12 matç arası diskvalifikasiya oluna bilər.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər