Hakimlərin və hakim-inspekorların qonorarları kəsiləcək - ÖZƏL

Hakimlərin və hakim-inspekorların qonorarları kəsiləcək - ÖZƏL

Premyer Liqa iyunda, iyulda və ya daha sonrakı aylarda başlasa, AFFA hakimlərin, hakim-inspektorların, və AFFA nümayəndələrinin hər matç üçün aldığı qonorarı kəsəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, durğunluq dönəmində assosiasiyadan pul dəstəyi alanlara Hakimlər və hakim İnspektorlar Komitəsinin büdcəsindən para ayrılıb. Komitənin büdcəsi isə ildə bir dəfə - adətən yanvarda yenilənir.

Yuxarıda adları sadalananların görüşə çıxmadan pul alması büdcə təsdiqlənən zaman nəzərdə tutulmayıb. Düzdü, "digər xərclər” üçün müəyyən vəsait var. Ancaq fasilə daha 2-3 ay uzanacağı təqdirdə, büdcədəki pul maddi dəstək üçün yetərli olmayacaq.

AFFA başbilənləri yaranan çətinliyi mümkün qədər az para itkisi ilə (koronavirus pandemiyası AFFA-ya da maddi ziyan vurub) aradan qaldırmağın yolunu tapıb.

İşləmədən hesabına orta aylıq qazancına uyğun pul köçürülən komitə üzvləri çempionatın bərpasından sonra oyunlara təyinat alarsa, qonorarın 50-60 faizi ilə kifayətlənməli olacaq.

Fasilə 2 ay və daha az sürəcəyi halda, assosiasiya ədalət təmsilçilərinə, nümayəndələrə və hakim –inspektorlara daha çox güzəşt edəcək.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər