Hakimlərimizin qış toplanışının vaxtı və yeri

Hakimlərimizin qış toplanışının vaxtı və yeri

Azərbaycan hakimləri qış fasiləsində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Bu barədə Fanat.Az-a AFFA Hakimlər Komitənin sədri Xaqani Məmmədov məlumat verib.

Komitə sədri toplanışın baş tutacağı tarixi açıqlayıb: "Hazırlıq Antalyada baş tutacaq. Toplanışın 12-27 yanvar tarixlərində reallaşması nəzərdə tutulub. Artıq yoxlama oyunlarının idarə olunması üçün təkliflər var. Hazırda danışıqlar gedir".

Hakimlərin həmişəki kimi Antalyanın Lara bölgəsindəki "Miracle Resort Hotel"də qalacağını bildirən Xaqani Məmmədov deyib ki, ədalət təmsilçilərinə seminar keçmək üçün xarici mütəxəssis dəvət olunacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər