Türkiyədə dövlət çevrilişinə cəhdə görə aparılan araşdırmalar zamanı 94 futbol hakimi vəzifəsindən uzaqlaşdırılıb. Fanat.az xəbər verir ki, bunun nəticəsi kimi Hakimlər Komitəsinin sədri Kuddisi Müftüoğlu da istefa verib.
Artıq boşalan postu tutacaq şəxsin kimliyinə də aydınlıq gəlib. Belə ki, bundan sonra HK-nə Yusuf Namoğlu sədrlik edəcək. Komitənin digər üzvləri də
Milli İstihparat Təşkilatının apardığı araşdırmalardan sonra seçilib. Belə ki, onları FETÖ qruplaşması ilə heç bir əlaqəsi olmadığı məlum olub.
Qeyd edək ki, Namoğlu 2011 və 2014-cü illərdə də sözügedən komitənin sədri olub.
Fanat.az