Elbrus Məmmədov "Kəpəz"lə oyunla (0:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçisi bunları deyib:
"Əvvəla, rəqibi qələbə münasibətilə təbrik edirəm. Lakin, onu demək istəyirəm ki, hesab oyuna görə olmadı. Kənardan izləyənlər də bu qənaətdədir. Komandama məğlub olmağımıza baxmayaraq, təşəkkür edirəm. Ard-arda ikinci matçdı ki, hakim səhvindən ilk qolu buraxırıq. Təbii ki, buna təəssüflənirəm. Hakim səhvi oyunun nəticəsinə təsir etdi".(sportal.az)
Fanat.az