Hakim qol vurdu - VİDEO

Hakim qol vurdu - VİDEO
Hollandiya çempionatının 4-cü divizionunda maraqlı hadisə baş verib.
Fanat.Az xəbər verir ki, "Harkemas Boys” -"HSV Huk” matçında baş hakim düzgün mövqe seçmədiyindən meydan sahiblərinin qapısına qol vurub. Top onun ayağına dəyərək qapıya daxil olub.
Referi qaydalara əsasən qolu qeydə almalı olub. Buna baxmayaraq, oyun "Harkemas Boys”un 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər