Hakan Şükür və atasının həbsinə qərar verildi

Hakan Şükür və atasının həbsinə qərar verildi

Türkiyənin tanınmış sabiq futbolçusu və deputatı Hakan Şükür və atasının saxlanılması barədə qərar verilib.

Sakarya Respublika Prokurorluğunun Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinə dair araşdırması çərçivəsində keçmiş millət vəkili Hakan Şükürün tutulması üçün iş başlanılıb.

Məlumata görə, ölkə xaricinə çıxan Şükür "silahlı terror təşkilatına üzv olmaq"da ittiham edilir.

Hakan Şükür və ailəsi ötən ilin dekabr ayında Türkiyədən gedib. Onun atası Selmet Şükür haqqında da saxlanılma qərarı çıxarılıb.("Report")

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər