Gimnastlarımız Dünya Kubokunun qalibi oldu

Gimnastlarımız Dünya Kubokunun qalibi oldu

Akrobatika üzrə Azərbaycan komandası Rzeşovda (Polşa) keçirilən Dünya Kubokunun qalibi olub.

Fanat.Az xəbər verir ki, qarışıq cütlük yarışında Raziyə Seyidli və Ağasif Rəhimov birinci yeri tutub.

Dünya kuboku ilə yanaşı, Rzeşovda beynəlxalq turnir də keçirilib və burada digər idmançılarımız da fərqləniblər. Qarışıq cütlər arasında Milana Əliyeva və Nizam Xamidulin, həmçinin Nəzrin Zayniyeva, Zöhrə Rəşidova və Anahita Bəşirli qadınların yarışında birinci olublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər