"Geridönüşləri sevirəm" - Cud Bellingem

"Geridönüşləri sevirəm" - Cud Bellingem

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem İspaniya çempionatının 11-ci turu çərçivəsində keçirilən "Barselona" ilə matçda qazandıqları qələbəni (2:1) dəyərləndirib.

Fanat.Az xəbər verir ki, AS qarşılaşmanın ikinci hissəsində dubl edərək komandasına böyük fayda verən 20 yaşlı ulduzun dediklərini belə çatdırıb:

"Bu, inanılmaz idi. Nə mən ən yaxşı formadaydım, nə də komanda. Amma biz mübarizə apardıq, pressinq tətbiq edərək xarakter göstərdik və daha bir geridönüş qeydə alındı. Geridönüşləri sevirəm. Belə oyunlarda ürək əziyyət çəkir, ancaq bu, şən qarşılaşma idi. Biz heç vaxt təslim olmuruq, heç vaxt. 

Birinci qolum? Artıq bir neçə həftə idi ki, cərimə meydançasının kənarından zərbə endirməyi yoxlamalı olduğumu deyirdim. Çünki rəqiblər bunu gözləmir. Bu qolda gözlənilməzlik amili işə yaradı. Mənim texnikam var və bilirəm ki, yoxlamalıydım. Top yuxarı küncə getdi. Olduqca razıyam". 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər