Gənc müəllimlər üçün futzal yarışı

Gənc müəllimlər üçün futzal yarışı
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə gənc müəllimlər arasında futzal yarışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, hazırdan komandaların qeydiyyatı aparılır. Yarışda ölkə üzrə yaşı 35-ə qədər olan gənc müəllimlərdən ibarət 14 komanda sponsor şirkətin əməkdaşlarından ibarət 2 komanda (ümumilikdə 16) iştirak edəcəkdir. Komandaların qeydiyyatı bu gün başa çatır. 
Yarışdan əvvəl təlim-məşq seminarı baş tutacaq ki, bu, 6-8 avqust aralığında rayonların birində təşkil olunacaq. Seminarda 16 komandanın kapitan və məşqçiləri iştirak edəcəkdir. Bu seminarda iştirak zamanı nəqliyyat, qidalanma və gecələmə AGMA tərəfindən təşkil olunacaqdır. 
Oyunların təqvimi belədir: 
1/8 final
14.08.2021 - 4 oyun
15.08.2021 - 4 oyun
1/4 final 
21.08.2021 - 4 oyun
1/2 final 
22.08.2021 - 2 oyun
Final
25.08.2021
Qeyd edək ki, oyunlar Bakı şəhərində keçiriləcək. Məkan hələlik dəqiqləşməyib. 
Mükafatlara gəlincə, 1-ci yeri tutmuş komandaya idman forması, medal, diplom və kubok, 2-ci yeri tutmuş komandaya idman forması, medal və diplom, bundan başqa isə bir neçə nominasiyalar üzrə diplomlar veriləcək.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər