"Gələn mövsüm heç bir klubu çalışdırmayacağam"

"Gələn mövsüm heç bir klubu çalışdırmayacağam"

"Napoli"nin baş məşqçisi Luçano Spalletti postunu tərk etməyə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, "Football Italia"ya danışan 64 yaşlı mütəxəssis bir müddət futboldan uzaq qalacağını açıqlayıb:

"Mən "Napoli"yə layiq olduğu gücü artıq verməyə hazır deyiləm. Mənə istirahət lazımdı. Çünki çox yorğunam. Bir müddətlik hər şeydən  uzaqlaşmaq istəyirəm. Bu səbəbdən elan edirəm ki, gələn mövsüm nə "Napoli"ni, nə də başqa klubu çalışdırmayacağam". 

Qeyd edək ki, "Napoli" Spallettinin başçılığı ilə İtaliya A Seriyasında vaxtından əvvəl çempionluğu rəsmiləşdirib. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər