Azərbaycan millisi futzal üzrə "4 Top Nations” turnirində çıxışını yekunlaşdırıb. Fanat.Az xəbər verir ki, seçməmiz İranda keçirilən yarışın son oyun günündə Qazaxıstanla qarşılaşıb.
İlk matçda İranla bərabərə qalan (3:3), ikinci görüşdə Rusiyaya uduzan (3:4) Joze Alesio Da Silvanın yetirmələri bu dəfə də qələbə qazanmağı bacarmayıb. Komandamız 2 top fərqi ilə önə keçməsinə baxmayaraq, sonda 1 xalla razılaşmalı olub. Bununla futzalçılarımız turniri 3-cü pillədə başa vurub.
"4 Top Nations” turniri
III tur
Azərbaycan – Qazaxıstan - 3:3
Qollar: Uilyams Oliveyra Vassoura, 9, 11; Rafael Karvalyo, 39 - Pavel Taku, 25, 35; Duqlas Da Silva, 32
Azərbaycan: 12. Rövşən Hüseynli, 18. Rafael Karvalyo, 6. Eduardo Borqes, 8. Rizvan Fərzəliyev (k), 9. Qabriel Bastos, 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 4. İsa Atayev, 5. Renat Sultanov, 7. Ramiz Çovdarov, 10. Uilyams Oliveyra Vassoura, 3. Tiaqo Martins, 15. Seymur Məmmədov
Baş məşqçi: Alesio da Silva
Qazaxıstan: 2. Leonardo De Melo, 10. Çingiz Yessenamanov, 6. Leonardo Mendonsa, 14. Duqlas Da Silva, 15. Dauren Tursaqulov, 1. Qriqori Knaub, 4. Rinat Tureqazin, 5. Serik Jamankulov, 8. Dinmuxambet Süleymanov (k), 11. Mixail Perşin, 12. Pavel Taku, 19. Albert Akbalikov, 20. Birjan Orazov
Baş məşqçi: Kakau
|
1 |
Rusiya |
2 |
1 |
1 |
0 |
7-6 |
4 |
|
2 |
İran |
2 |
1 |
1 |
0 |
5-4 |
4 |
|
3 |
Azərbaycan |
3 |
0 |
2 |
1 |
9-10 |
2 |
|
4 |
Qazaxıstan |
3 |
0 |
2 |
1 |
7-8 |
2 |
Fanat.Az