Fransada qalmaqal: Baş məçqini qana boyadılar, oyun təxirə salındı

Fransada qalmaqal: Baş məçqini qana boyadılar, oyun təxirə salındı

Fransa Liqa 1-də 10-cu turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, son çempion PSJ səfərdə “Brest”lə qarşılaşıb və çətin qələbəyə sevinib.

“Lill” ilə qarşılaşan “Monako” isə səfərdən xalsız qayıdıb.

“Monpelye” də “Tuluza” ilə ev oyununda darmadağına sevinib.

Bu gün Lion və Marsel “Olimpik”ləri arasında keçiriməli olan oyun isə təxirə salınıb. Buna marselli azarkeşlərin oyundan öncə rəqib komandanın avtobusunu daşqalaq etməsi səbəb olub. Hadisə nəticəsində Lion təmsilçisinin baş məşqçisi Fabio Qrosso ciddi xəsarətlər alıb.

Fransa, Liqa 1 10-cu tur 27 oktyabr

Klermon – Nitsa 0:1 Qol: Budaui, 74.

28 oktyabr

Reyms – Loryan 1:0 Qol: Esbrand, 84.

Lans – Nant 4:0 Qollar: Sotoka, 27-pen; 71-pen. Medina, 58. Aynaui, 89.

29 oktyabr

Brest – PSJ 2:3 Qollar: Munye, 43. Le Duaron, 52 – Zair-Emeri, 16. Mbappe, 28; 89. 

Lill – Monako 2:0 Qollar: Kavaleyro, 32. Diakite, 42.

Mets – Havr 0:0

Monpelye – Tuluza 3:0 Qollar: Adams, 13; 63. Fayad, 63.

Renn – Strasburq 1:1 Qollar: Truffer, 23 – Motiba, 81.

Olimpik (Marsel) – Olimpik (Lion) matçı təxirə salınıb

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər