Fransa çempionatında oyun zamanı tribuna çöküb.
Fanat.Az xəbər verir ki, xoşagəlməz hadisə "Amyen" - "Lill" qarşılaşmasında baş verib. Matçın 15-ci əqiqəsində qonaq komandanın futbolçusu Fode Ballo-Turenin vurduğu qoldan sonra "Lill" azarkeşlərinin yığışdığı tribunada sevinc anları qeyd edilərkən qarşılarındakı baryer çöküb.
Fransa mətbuatında 4-ü ağır olmaqla ümumilikdə 26 azarkeşin yaralandığı bildirilir. Azarkeşlərdən bəziləri bir neçə metr yüksəklikdən yıxılaraq, bəziləri əzilərək yaralanıb.
"Lill"in hesabda 1:0 öndə olduğu matç qəza səbəbindən təxirə salınıb.
Fanat.Az