NATO-ya üzv ölkələrin liderləri Varşavada keçirilən sammit zamanı Fransanın ev sahibliyi etdiyi dünya çempionatını müzakirə etsələrdə, prezident Fransua Ollandı Fransa yığmasının son oyunda qələbə qazanması ilə bağlı təbrik etməyiblər. Bu barədə Fransua Olland özü jurnalistlərə məlumat verib.
"Sammitdə futbol haqqında danışmışıqmı? Bəli. Çünkü, hesab edirəm ki, bir çox dövlət və hökümət başçıları Almaniyaya qarşı Marseldə keçirilən matçı izləyiblər. Amma heç kəs mənə nəticədən məmnun qaldığını söyləmədi" - deyə Olland sammitin sessiyalarından birindən sonra açıqlama verib.
Fransa yığması yarımfinalda Almaniyaya 2:0 hesabı ilə qalib gəlib və iyulun 10-da keçiriləcək final oyununda portuqallılarla üz-üzə gələcək.
Ollandın sözlərinə görə, Almaniya kansleri Angela Merkel "matçı şərh edərkən çox mehriban görsənib". "Bazar günü keçiriləcək final matçından hansı hesabı gözləyirsiniz?" sualına cavab olaraq isə Olland bildirib ki, bu barədə o danışa bilməz. "Xoşbəxtlikdən prezident oynamır və heç bir proqnoz da verə bilməz" - deyə o bildirib. O həmçinin əlavə edib ki, qalibiyyat fransızların ruh yüksəkliyinə səbəb ola bilər.
"Mənə olan münasibətə gəldikdə isə, (matçın nəticəsindən asılı olaraq) - bunun mənə heç bir aidiyyatı yoxdur, mən nə futbolçuyam, nə də məşqçi. Mən Fransa yığmasının uğurlarına aidiyyatım yoxdur" - Olland belə deyib.(anspress)
Fanat.az