"Fransa ikinci qolu oyundankənar vəziyyətdən vurdu" - Serxio Buskets

"Fransa ikinci qolu oyundankənar vəziyyətdən vurdu" - Serxio Buskets

"Mənə elə gəldi ki, Fransa ikinci qolu oyundankənar vəziyyətdən vurdu".

Fanat.Az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının finalında Fransaya 1:2 hesabı ilə uduzan İspaniya millisinin yarımmüdafiəçisi Serxio Buskets deyib.

"Cadena Ser"ə danışan Buskets fikrini belə əsaslandırıb: "Mbappenin ofsaydda olduğunu düşünürəm. Çünki həmin epizod zamanı müdafiə xəttimizdə heç kim gecikməmişdi. Ancaq bütün hallarda, biz böyük turnirlərin qalibi olmaq üçün irəliyə doğru kiçik bir addım atmalıyıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər