Fransa 1/8 finalda!YENİLƏNİB

Fransa 1/8 finalda!YENİLƏNİB
Avropa çempionatında ikinci tura start verilib. Fanat.az xəbər verir ki, beşinci oyun günündə 3 qarşılaşma baş tutub.
B qrupu çərçivəsində keçiriləcək oyunda Slovakiya ilə Rusiya milliləri üz-üzə gəlib. Qrupun ilk matçında Uelsə 1:2 hesabı ilə uduzan Slovakiya millisinin İngiltərə ilə bərabərə (1:1) qalan ruslardan üstün olub - 2:1. 
A qrupunda yer alan Rumıniya millisi isə İsveçrə ilə münasibətlərə aydınlıq gətirib. İlk oyunda Fransaya son dəqiqə qolu ilə yenilən rumınlar şansını davam etdirmək üçün mütləq 90 dəqiqəni qələbə ilə başa vurmalı idi. Ancaq oyun 1:1 hesabı ilə başa çatıb və İsveçrə xallarının sayını 4-ə yüksəldib. 
"Qarabağ"ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi Albaniya millisi ilə Fransa ilə qarşılaşıb. Fransızlar Rumıniya ilə oyunda olduğu kimi albanlarla oyunda da son dəqiqə qollarına seviniblər. Əvvəlcə 90-cı dəqiqədə Antuan Qrizmann fərqlənib. Matça əlavə olunmuş son dəqiqədə isə Dmitri Paye adını tabloya yazdırıb - 2:0. Bu qələbə Fransanı 1/8 finala daşıyıb.
B qrupu
 
Rusiya – Slovakiya 1:2
Qol: Denis Qluşakov (80) - Vladimir Vayss (32), Marek Hamşik (45)
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Juq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Yonas Eriksson (İsveç)
Lill Metropol, "Stad Pyer Mauro"
 
A qrupu
Rumıniya – İsveçrə 1:1
Qol: Stanku (18-pen) - Mehmedi (57)
Baş hakim: Sergey Karasyov
Yan xətt hakimləri: Nikolay Qolubev, Tixon Kalugin
Əlavə köməkçi hakimlər: Sergey Lapoşkin, Sergey İvanov (hamısı Rusiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Paris, "Park des Prinses"
  
23:00. Fransa – Albaniya 2:0
Qol: Qrizman, 90, Paye, 90+6Baş hakim: Villiam Kolum (Şotlandiya)
Yan xətt hakimləri: Damien Makqreyt (İrlandiya), Fransis Konnor (Şotlandiya)
Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Betton (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Mixail Oliver (İngiltərə)
Marsel, "Velodrom"
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər