Frank Raykaard milli komandadan imtina etdi

Frank Raykaard milli komandadan imtina etdi
Ronald Kumanın gedişindən sonra baş məşqçisiz qalan Niderdand millisinin yeni çalışdırıcı axtarışları davam edir.
Fanat.Az "De Telegraaf"a istinadən xəbər verir ki, Niderland Kral Futbol Asossiasiyası baş məşqçi postuna Frank Raykaardı gətirmək istəyib. Hətta tərəfləri arasında ilk görüş baş tutub. Lakin 57 yaşlı mütəxəssis bu təklifdən imtina edib.
Qeyd edək ki, Raykaard 1998-2000-ci illərdə Niderland millisinə başçılıq edib. Daha sonra Hollandiyanın "Sparta" (2001-2002), İspaniyanın "Barselona" (2003-2008) və Türkiyənin "Qalatasaray" (2009-2010) klublarına rəhbərlik etmiş mütəxəssis son olaraq Səadiyyə Ərəbistanı millisini (2011-2013) çalışdırıb.
Onu da qeyd edək ki, Ronald Kuman Niderland millisini "Barselona"ya dəyişib. Bundan sonra komanda müvəqqəti olaraq Duayt Lodevegesinə tapşırılıb. Niderland onun rəhbərliyi altında UEFA Millətlər Liqasında Polşaya 1:0 hesabı ilə qalib gəlib, eyni hesabla İtaliyaya uduzub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər