"Formula 1-in ən titullu pilotuna qarşı irqçilik edirlərsə..." - Dani Alves

"Formula 1-in ən titullu pilotuna qarşı irqçilik edirlərsə..." - Dani Alves

"Barselona"nın sabiq müdafiəçisi Dani Alves dünya idmanındakı irqçilikdən danışıb.

Fanat.Az "The Guardian" 39 yaşlı braziliyalı futbolçunun veteran pilot Nelson Pikenin Formula 1 ulduzu Lüis Hemiltona "zənci" deməsi ilə bağlı söylədiklərini belə çatdırıb:

"Bu vəziyyət məni narahat etməyə bilməz. Problem yalnız Pikenin sözlərində deyil, ümumi durumdadır. Formula 1-in ən titullu pilotuna belə hücum çəkirlərsə, təsəvvür edin, başqaları - daha az tanınanlar necə əziyyət çəkir. 

Dua edir və rasizmə məruz qalan bütün insanlardan üzr istəyirəm. Onlara görə üzülməyə bilmərəm. İnsanların dərisinin rənginə görə əlavə problemlərlə qarşılaşması acı reallıqdır".  

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər