"Formula 1"-də göy qurşağı simvollarından istifadə ediləcək

"Formula 1"-də göy qurşağı simvollarından istifadə ediləcək
Cari "Formula 1" mövsümünün ilk mərhələsindən başlayaraq komandaların bolidlərində, eləcə də trassların ətrafında göy qurşağı simvolları görünəcək.
Fanat.Az "Formula 1"-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "We Race As One" adlı yeni təşəbbüsün bir hissəsidi. İdeyanın mahiyyəti koronavirus pandemiyasına və qeyri-bərabərliyə qarşı mübarizəni təbliğ etməkdən ibarətdi.
Mövsümün ilk yarışı - Avstriya Qran-prisində "We Race As One" proqramının əsas hədəfi irqçiliklə mübarizə olacaq. Sonrakı etaplarda cəmiyyətin digər problemlərinə toxunulacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər