“Footvolley” üzrə Region Kuboku bitdi

“Footvolley” üzrə Region Kuboku bitdi

Azərbaycanda ilk dəfə Lənkəran “Qafqaz Sahil Oteli”nin çimərlik oyunları meydanında keçirilən “Footvolley” idman növü üzrə yarışlara yekun vurulub. 

Fanat.az xəbər verir ki, turnirdə Lənkəranın “Göyşaban”, “Xəzər-92”, “Zirvə Fk”, Bakının “Təhsil”, Masallının “Ərkivan” və Salyanın “Kür” komandaları iştirak edib.

2 dövrədən ibarət keçirilən yarışlarda Salyanın “Kür” komandası III yeri, Masallının “Ərkivan” komandası II yeri, Lənkəranın “Zirvə FK” komandası isə Region Kubokunun sahibi olub.

Turnirin ən yaxşı oyunçusu adını “Ərkivan” komandasının oyunçusu İbayev Balayar layiq görülüb. Turnirə Cənub RFF-nin və yeni yaradılacaq Footvolley Federasiyasının nümayəndələri rəhbərlik edib. Sonda xatirə şəkli çəkilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər