Finaldan öncə tədbir olacaq

Finaldan öncə tədbir olacaq

İyulun 30-da həvəskar komandalar arasında ölkə kubokunun final oyunu keçiriləcək. 

Fanat.Az xəbər verir ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 50 illik yubileyinə həsr olunmuş kubok yarışının həlledici matçında “Gənclər” (Bakı) – “City Bakı” (Bakı) komandaları üz-üzə gələcək. 

Qarşılaşma "ASCO Arena"da reallaşacaq. Final oyunundan əvvəl Hərbi Liseyin kursantlarının iştirakı ilə tədbir təşkil olunacaq. Tədbir 16:00-da başlayacaq.

“Gənclər” (Bakı) – “City Bakı” (Bakı) Hakimlər: Kamranbəy Rəhimov, Asif Abdullayev, Rasim Axundov, Şamil İmanzadə 30 iyul. ASCO Arena. Saat 17:00  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər